Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər

Təhsil 21-may, 20:089 21 0
Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər
Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər

ADA Universiteti və Uruqvay Şərq Respublikasındakı (UŞR) diplomatik nümayəndəliyin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəmzi Teymurovun və Uruqvay Şərq Respublikasının Xarici Əlaqələr Nazirliyinin baş katibi Andres Pelaesin iştirakı ilə ADA Universiteti və UŞR Xarici Əlaqələr Nazirliyinin diplomatik akademiyası Artigas Xarici Xidmət İnstitutu arasında “Diplomatik təlimə dair əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.

Səfirlikdən bildirilib ki, memorandum azərbaycanlı və uruqvaylı diplomatlar arasında təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlığa töhfə verəcək. Eyni zamanda, uruqvaylı gənc diplomatların ADA Universitetində təşkil olunan kurslarda iştirakı ölkəmizin UŞR-də tanıdılmasına müsbət təsir göstərəcək.

Qeyd etmək lazımdır ki, anlaşma memorandumu Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində imzalanıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr