Zelenskinin ofisi Rusiya ilə danışıqların ikinci mərhələsini TƏSDİQLƏDİ

Aktual 02-mar, 19:459 76 0
Zelenskinin ofisi Rusiya ilə danışıqların ikinci mərhələsini TƏSDİQLƏDİ
Ukrayna hökuməti bu gün axşam saatlarında Rusiya ilə danışıqların aparılması barədə məlumatı təsdiqləyib.

Müvafiq bəyanatla Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.

“Bu axşam danışıqlar aparılacaq. Bu, ikinci mərhələ olacaq. Düşünürəm ki, hər şey əvvəlki kimi olacaq. Heç nə dəyişməyəcək. Biz öz mövqelərimizdə dayanacağıq”, - deyə o bildirib.

Nümayəndə heyətləri olduğu kimi qalacaq.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva nümayəndələrinin danışıqlar yerinə gələcəklərini və Ukrayna nümayəndə heyətini gözləyəcəklərini bildirmişdi.

Bundan əvvəlki danışıqlar mərhələsi fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib.

Moskvanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil ediblər.

Kiyevdən görüşə müdafiə naziri Aleksey Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin gedib.

Danışıqların iştirakçılarının bildirdiyinə görə, tərəflər nizamlanma prosesinin konturlarını müəyyən edərək, məsləhətləşmələr üçün paytaxtlarına yola düşüblər.

Mənbə: RİA Novosti
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr