Azərbaycanın Əməkdar elm xadimi koronavirusdan vəfat etdi

Aktual 02-mar, 19:469 77 0
Azərbaycanın Əməkdar elm xadimi koronavirusdan vəfat etdi
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov koronavirusdan vəfat edib.

Bu barədə Azərbaycan Texniki Universitetinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, V.Mirsəlimov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub.

V.Mirsəlimov, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr