Xarkovdakı nüvə obyekti “Qrad”lardan atəşə tutulub

Aktual 07-mar, 08:239 90 0
Xarkovdakı nüvə obyekti “Qrad”lardan atəşə tutulub
Rusiya hərbçiləri Xarkovda növbəti dəfə atəş açıb.

Onlar “Qrad” reaktiv yaylım atəşi sistemlərindən Xarkov Fizika və Texnologiya İnstitutu Milli Elmi Mərkəzinin ərazisini atəşə tutublar.

Ukrayna Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, mərkəz 37 nüvə yanacağı elementi ilə təchiz edilmiş “Neytronların Mənbəyi” adlı eksperimental nüvə obyektinə malikdir.

“Nüvə obyektinin və nüvə materialları üçün saxlama anbarlarının dağıdılması genişmiqyaslı ekoloji fəlakətə səbəb ola bilər”, - deyə məlumatda bildirlib.

Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Şurasının Xarkov vilayəti üzrə müstəntiqləri Xarkov vilayət prokurorluğunun prosessual rəhbərliyi altında ekosid maddəsi (Ukrayna Cinayət Məcəlləsinin 441-ci maddəsi) ilə cinayət işi açıblar.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr