
Martın 29-da Tbilisinin Varketili rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
UĞURYOLU.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaşlı qadın ölüb. Qonşu mənzillərdə yaşayan bir neçə insan tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Yanğın tamamilə söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.