
Kiyev yaxınlığında döyüşlər davam edir. Şəhər paytaxtın müdafiəsi üçün bütün resurslarını toplayır. Hər şey ağır hərbi vəziyyət şəraitində yaşayan sakinlərin həyat təminatı üçündür.
Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.
“Bu gün mən Kiyevin girişlərində quraşdırılmış bəzi nəzarət-buraxılış məntəqələrində oldum. Hərbçilərimiz, müdafiə qüvvələrimiz ayıq-sayıqdır və düşməni dəf etmək əzmindədir. Onlar Kiyevi nəyin bahasına olursa-olsun müdafiə edəcəklərini söylədilər”, -deyə Kliçko qeyd edib.
Mənbə: segodnya.ua