
Ukrayna prezidenti Volodimir Zelenski özünü Putin üçün bir nömrəli düşmən hesab etdiyini təsdiqləyib.
Bu barədə o, Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya Federasiyasında reallığı dərk etməyin belə bir üsulu var - onlar dövlətə baxanda xalqı görmürlər.
“Onlar dövlət başçısını görürlər, siyasətçiləri görürlər, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala bilərlər, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin bizim üçün Vətən müharibəsinə çevriləcəyini gözləmirdi.
“Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır”, - o deyib.
Mənbə: UNIAN