Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Təhsil 21-apr, 19:069 16 0
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 21 aprel, UĞURYOLU.az

Aprelin 21-də elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr