Türkiyənin “Akkuyu” AES-dən qazancı açıqlandı

Aktual 24-mar, 11:019 47 0
Türkiyənin “Akkuyu” AES-dən qazancı açıqlandı
Türkiyə “Akkuyu” AES-dən elektrik enerjisi satışından 40 milyard dollardan çox gəlir əldə edəcək.

Bunu “Akkuyu Nükleer” şirkətinin baş direktoru Anastasiya Zoteyeva bildirib.

“Ölkə iqtisadiyyatının və elektrik enerjisinə tələbatın artımını nəzərə alsaq, Türkiyə tərəfinə ödənişlərin məbləği 40 milyard dolları keçə bilər. Vergilərin və sosial ödənişlərin məbləği isə daha çox olacaq”, - deyə o, qeyd edib.

Xatırladaq ki “Akkuyu” AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfindən maliyyələşdirilir.

“Akkuyu Nükleer” şirkətinin əsas səhmdarı “Rosatom” Dövlət Korporasiyasıdır.

Mənbə: TASS
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr