İtaliyanın baş naziri: “Putinə zəng etmək vaxt itkisidir”

Aktual 17-apr, 20:569 52 0
İtaliyanın baş naziri: “Putinə zəng etmək vaxt itkisidir”

Vladimir Putin müharibəni davam etdirmək istəyir və Volodimir Zelenski ilə görüşmək istəmir. Rusiya Federasiyasının prezidenti ilə söhbətlər isə vaxt itkisini xatırladır.

Bu sözləri İtaliyanın Baş naziri Mario Draqi “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

“Telefon danışığında ona (Putinə - red.) dünya haqqında danışmaq üçün zəng etdiyimi söylədim. Ondan soruşdum: “Zelenski ilə nə vaxt görüşürsünüz? Həll yolunu ancaq ikiniz tapa bilərsiniz” Cavab verdi ki, hələ vaxt gəlməyib. Mən təkid etdim ki, heç olmasa atəşkəs barədə qərar verin”, - deyə hökumət başçısı bildirib.

Draqinin sözlərinə görə, daha sonra Putin Rusiya qazının rublla ödənilməsi barədə danışmağa başlayıb. Ardından isə həmsöhbətlər bir neçə gün sonra yenidən danışmağa razılaşaraq sağollaşıblar.

Ertəsi gün dünya rusiyalı hərbçilərin Buçadakı cinayətlərinə şahidlik edib.

“Mən onunla danışmağın mənasız olduğunu, sadəcə vaxt itkisi olduğunu söyləyənlərin haqlı olduğunu düşünməyə başlayıram. Mən həmişə Makronu müdafiə etmişəm və Aİ prezidenti kimi onun haqlı olduğunu iddia etməyə davam edirəm. Dialoqun bütün mümkün yollarından istifadə etmək lazımdır. Ancaq məndə belə bir təəssürat yaranıb ki, müharibənin dəhşəti, onun qətliamları, onların uşaqlara və qadınlara etdikləri şeylər deyilən sözlərdən və telefon zənglərindən tamamilə asılı deyil”, - Draqi vurğulayıb.

Mənbə: unian.net
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr