Ermənistan ordusu mövqelərimizi qumbaraatan və pulemyotlarla atəşə tutub

Aktual 02-may, 09:009 50 0
Ermənistan ordusu mövqelərimizi qumbaraatan və pulemyotlarla atəşə tutub


Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr