Rusiya Ukraynada üç aya SSRİ-nin Əfqanıstandakı doqquz illik aqibətini yaşadı

Aktual 23-may, 17:179 144 0
Rusiya Ukraynada üç aya SSRİ-nin Əfqanıstandakı doqquz illik aqibətini yaşadı



Rusiyanın üç ayda Ukraynada məhv edilən hərbçilərinin sayı, SSR-nin Əfqanıstanda doqquz illik itkilərinə çatıb.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı hərbi əməliyyatların gedişatına dair gündəlik xülasəsində qeyd olunub.

Bildirilir ki, itkilərin çoxluğunun səbəbi uğursuz taktika, çevikliyin olmaması və buraxılan səhvləri təkrarlayan komanda yanaşmasındadır.

Qurumdan vurğulanıb ki, itkilərin sürətlə artması ölənlər barədə məlumatı uzun müddət gizlətməyi mümkünsüz edir, bu isə Rusiya Federasiyası daxilində etirazlara səbəb ola bilər.

“Rusiya ictimaiyyəti keçmişdə Rusiya Federasiyasının əvvəlki müharibələri zamanı verdiyi itkilərə həssaslıqla yanaşıb. Ukraynada qurbanların sayı artdıqca, onlar daha aydın görünəcək, müharibədən və etiraz hərəkatlarından ictimai narazılıq arta bilər”, - deyə qurumdan qeyd edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr