Seneqalda xəstəxanada yanğın: 11 körpə həlak oldu

Aktual 26-may, 21:319 54 0
Seneqalda xəstəxanada yanğın: 11 körpə həlak oldu


Seneqalın Tivauan şəhərində xəstəxanada baş verən yanğında azı 11 yeni doğulmuş körpə həlak olub.

Bu barədə ölkə prezidenti Makki Sal "Twitter” səhifəsində məlumat verib.

"Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyünü indicə ağrı və dəhşətlə öyrəndim”, - deyə o yazıb.

Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.

Şəhər meriyası məlumat verib ki, üç uşaq xilas edilib. Yanğına qısaqapanma səbəb olub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr