Şəhid anasını söyən müəllim həbs edildi

Aktual 11-iyn, 22:069 54 0
Şəhid anasını söyən müəllim həbs edildi
Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.

Bizim.Media-nın xəbərinə görə, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.

Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.

O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.

Xatırladaq ki, şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr