Sabirabadda 42 yaşlı qadın iynədən şoka düşərək ölüb

Aktual 07-iyl, 21:169 40 0
Sabirabadda 42 yaşlı qadın iynədən şoka düşərək ölüb
Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.

APA-nın məlumatına görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumları bildiriblər ki, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr