ABŞ rəsmiləri Polşaya düşən raketlərin hansı dövlətə məxsus olduğunu açıqladılar

Aktual / Siyasət 16-noy, 10:159 55 0
ABŞ rəsmiləri Polşaya düşən raketlərin hansı dövlətə məxsus olduğunu açıqladılar
Polşaya düşən raket Ukrayna qüvvələri tərəfindən Rusiya raketini vurmaq üçün atılıb.

Bu barədə "AP News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

"Üç ABŞ rəsmisi bildirib ki, ilkin hesablamalara görə, raket Ukrayna qüvvələri tərəfindən Ukraynanın elektrik infrastrukturuna dağıdıcı zərbə endirməsi zamanı daxil olan Rusiya raketinə atılıb”.

Eyni zamanda, rəsmilər bildiriblər ki, "bu məsələni ictimai müzakirə etmək səlahiyyətinə malik deyillər”. Bu səbəbdən də xəbəri anonimlik şərti ilə bildiriblər.

Xatırladaq ki, noyabrın 15-də Polşa Ukrayna ilə sərhəddə yerləşən ərazisinə iki raketin düşməsi və nəticədə iki nəfərin həlak olması ilə bağlı məlumat yayıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr