TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib

Siyasət 04-mar, 19:179 12 0
TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib
TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib
04.mart Uğuryolu.az
Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, TBMM-in sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr