MSK nümayəndə heyəti Qazaxıstanda seçkiləri müşahidə edəcək

Aktual / Dünya 17-mar, 23:019 73 0
MSK nümayəndə heyəti Qazaxıstanda seçkiləri müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il martın 19-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament və yerli nümayəndəlik orqanlarına seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

MSK-dan REAL-a bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyalarının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr