Azərbaycan nefti 2 %-ə yaxın bahalaşıb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,51 ABŞ dolları, yaxud 1,61 % artaraq 78,14 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.