ABŞ, Cənubi Koreya və Yaponiya ilk dəfə üçtərəfli təlimlər keçirib

Aktual 22-okt, 21:349 40 0
ABŞ, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri ilk dəfə Koreya yarımadası yaxınlığında üçtərəfli təlimlər keçirib.

"Report"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

Təlimlər Koreya Respublikası və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi ərazidə baş tutub.

Manevrlərdə Yaponiya və Cənubi Koreya qırıcıları, eləcə də nüvə silahı daşıya bilən Amerikanın B-52H bombardmançı təyyarəsi iştirak edib.
“Yonhap”ın məlumatına görə, ABŞ bundan əvvəl Koreya yarımadası ətrafında Yaponiya və Cənubi Koreya ilə ayrı-ayrılıqda təlimlər keçirib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr