Sum vilayətində güclü yanğın baş verib
Ukraynanın Sum vilayətində kritik infrastruktur obyektlərində güclü yanğın baş verib.
Uguryolu.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün xeyli canlı qüvvə və texnika cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.