Kəlbəcərdə “Niva” aşdı, bir nəfər öldü

Aktual 22-dek, 13:459 13 0
Kəlbəcərdə “Niva” aşdı, bir nəfər öldü
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Uğuryolu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

Belə ki, rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb.

Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.

Hər iki şəxs tikinti şirkətinin işçiləridir. İlkin ehtimala görə, qəzaya yolun buzlu olması səbəb olub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr