Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Aktual 11-iyl, 15:469 45 0
Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb
Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi "Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr