Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər

Aktual 13-yan, 22:149 15 0
Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər
Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər
London, 13 yanvar, Uğuryolu.az

Sasseks hersoqu Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Kaliforniyada baş verən meşə yanğınlarının qurbanlarına dəstək olublar.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, onlar Los-Ancelesdəki Pasadena Konvensiya mərkəzində yerləşən təxliyə məntəqəsinə baş çəkərək, qida və ləvazimatların paylanmasında iştirak ediblər. Cütlük, həmçinin yanğınsöndürənlərə təşəkkür edib və Pasadena şəhərinin meri ilə görüşüb.

Bundan əlavə, Harri və Meqan Kaliforniyanın Montecito bölgəsindəki evlərini təxliyə olunan dostlarına sığınacaq kimi verib. Onların “Archewell Fondation” (Arkhuel Fondu) şəhərə aktiv şəkildə kömək edir və insanları təxliyə olunanlara təhlükəsiz sığınacaq təklif etməyə çağırır. Kaliforniyada baş verən meşə yanğınları nəticəsində ən azı 20 nəfər həlak olub, genişmiqyaslı təxliyələr həyata keçirilib və bir çox məşhurların evləri məhv olub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr