Bələdiyyə seçkilərində səsvermə başa çatıb

Siyasət 29-yan, 19:269 17 0
Bələdiyyə seçkilərində səsvermə başa çatıb
Bələdiyyə seçkilərində səsvermə başa çatıb
Bakı, 29 yanvar, Uğuryolu.az

Yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, 685 bələdiyyə yeri üçün seçkilərində 8071 namizəd mübarizə aparıb.

Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr