Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

Siyasət 12-fev, 21:139 75 0
Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub
Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub
Tbilisi, 12 fevral, Uğuryolu.az
Tbilisidə səfərdə olan Milli Məclisin Əmək və Sosial Məsələlər Komitəsinin sədri Musa Quliyev Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominaşe ilə görüşüb.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı uzunmüddətli dostluq əlaqələrinin gücləndirilməsinə, xüsusən də parlamentlərarası əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Söhbət zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri xüsusi yer tutub.

Zaza Lominaşe bildirib ki, iki ölkə tibbi turizmin inkişafı və orqan transplantasiyası sahəsində birgə əməkdaşlıq etməyə razılaşıblar. Eyni zamanda, miqrasiya prosesləri və demoqrafik problemlərin həlli üzrə birgə iş aparmaq da planlaşdırılır.

Görüşdə gələcəkdə komitələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konkret planlar hazırlanıb.

Növbəti görüşün komitə səviyyəsində Azərbaycanda keçirilməsi qərara alınıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr