Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

İqtisadiyyat 12-fev, 21:179 35 0
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib
Tbilisi, 12 fevral,Uğuryolu.az

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Ticarət Komitəsinin sədri Azər Əmiraslanov Tbilisidə Gürcüstan Parlamentinin İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekiaşvili ilə görüşüb.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı diqqət mərkəzində olub. Xüsusilə, Nəqliyyat Dəhlizinin əhəmiyyəti və onun tranzit potensialı vurğulanıb, tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə bu potensialdan maksimum yararlanmanın vacibliyi qeyd edilib.

İki ölkə arasında ticarət dövriyyəsinin 1,3 milyard dolları keçdiyi, bunun 780 milyon dollarının Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən ixracatın payına düşdüyü bildirilib. Hər iki tərəf gələcəkdə ticarət həcmini daha da artırmaq üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edilib ki, Azərbaycandan Gürcüstana fəal şəkildə sərmayələr yatırılır, Gürcüstanda çoxsaylı Azərbaycan şirkətləri fəaliyyət göstərirlər.

Vurğulanıb ki, strateji tərəfdaşlıq sayəsində bölgədə sülh və sabitliyin qorunmasına daha çox nail olmaq mümkündür. Bu səbəbdən həm Gürcüstanda, həm də Azərbaycanda iqtisadi artımın davam etməsi və qorunması vacibdir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr