Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

İdman 13-fev, 21:549 21 0
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edibBeynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
Bakı, 13 fevral, Uğuryolu.az

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Azərbaycana təşəkkür edib.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə IJF-nin Məşq və Tədris üzrə direktoru Məhəmməd Meridja Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimində məlumat verib.

O, federasiya rəhbərinin adından Azərbaycan Cüdo Federasiyasına və turnirin təşkilatçılarına bu möhtəşəm tədbirə görə dərin minnətdarlığını bildirib: “Böyük Dəbilqə” nüfuzlu turnir olmaqla yanaşı, həm də komanda ruhunun, dostluğun və qlobal cüdo icmasının bayramıdır. Bu mötəbər yarış dünyanın müxtəlif ölkələrindən cüdoçuları bir araya gətirir, onların bir-biri ilə əlaqə qurmasına və təcrübə mübadiləsi aparmasına imkan yaradır”.

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə” turnirində 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr