Azərbaycan Pakistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub

Cəmiyyət 22-fev, 19:329 14 0
Azərbaycan Pakistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub
Azərbaycan Pakistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub
Bakı, 22 fevral, Uğuryolu.az

Pakistanın Kəraçi Universiteti nəzdindəki Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi 16-cı Beynəlxalq Təbii Məhsullar Kimyası Simpoziumu keçirib.

Uğuryolu.az AZƏRTAC a istinadən xəbər verir ki, simpoziumda Azərbaycan, İsveç, Almaniya, İtaliya, Türkiyə, Çin, İran, Əlcəzair, Misir, İordaniya, Pakistan, Yəmən və başqa ölkələrdən tanınmış kimyaçı alimlər məruzələrlə çıxış ediblər.

Tədbirin açılış hissəsində beynəlxalq elmi mərkəzin qurucusu, məşhur pakistanlı alim professor Atta-ur-Rahmanın məruzəsi dinlənilib.

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının nəzdində elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, əczaçı Hafiz Osmanov tədbirdə “Ağ Naftalan”, eləcə də tərkibində naften karbohidrogenləri olan bəzi dərman və kosmetik vasitələrin kimyəvi tərkibi, tibbi təsir mexanizmlərinin öyrənilməsi barədə məruzə ilə çıxış edib. Məruzə məşhur azərbaycanlı kimyaçı alim Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunub.

Tədbirdə alim haqqında ingilis dilində sənədli film nümayiş edilib. Filmin diski, “Word of Azerbaijan” beynəlxalq jurnalının “Salam Pakistan” dərgisi, habelə COP29-a həsr olunmuş “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitab beynəlxalq elmi mərkəzə hədiyyə edilib.

Sonra sertifikatlar təqdim olunub.

Daha sonra beynəlxalq mərkəzin direktoru xanım Farzana Shaheen ilə Hafiz Osmanovun həmtəsisçisi olduğu “Science for Health” MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Kəraçi Universiteti Pakistanın ən böyük yüksək reytinqli universitetlərindən biridir. Bu ali təhsil ocağında 53-dən çox fakültə,19 elmi-tədqiqat institutu mövcuddur.

Ətraflı
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr