Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

İqtisadiyyat 28-fev, 21:349 9 0
Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb
Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb
“Azercell”in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər

Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Belə ki, 8-9 fevral 2025-ci il tarixlərində Rumıniyada IX “Info1cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr