Bir neçə avtobus marşrutları üzrə müsabiqə qalibləri açıqlanıb

İqtisadiyyat 07-mar, 18:599 6 0
Bir neçə avtobus marşrutları üzrə müsabiqə qalibləri açıqlanıb
Bir neçə avtobus marşrutları üzrə müsabiqə qalibləri açıqlanıb
Bakı, 7 mart, Uğuryolu.az

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli, eləcə də Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, 91 nömrəli şəhərdaxili və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli şəhərətrafı marşrut üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr