Bu il NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir

Aktual 17-mar, 21:229 0 0
Bu il NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir
Bu il NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir
Naxçıvan Dövlət Universitetinin nəzdində tibb kampusu üçün yeni torpaq sahəsi ayrılıb. Əczaçılıq ixtisası üzrə tədris korpusunun inşası (tədqiqat laboratoriyaları ilə birlikdə), Tibb fakültəsi üçün binanın və 500 nəfərlik konfrans zalının, tibb kolleci üçün binanın, sosial xidmət mərkəzinin, açıq və qapalı idman zalının, 200 çarpayılıq tibbi tədqiqat klinikasının, 1000 nəfərlik yeni tələbə yataqxanası və 100 nəfərlik qonaq evinin inşası bu ilin gözlənilən yenilikləridir.

UĞURYOLU.az xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunlarına və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.

Rektor qeyd edib ki, ingilis dilində tibb ixtisasının beynəlxalq akreditasiyasının təşkili yeniliklər sırasındadır. Bu il Texnologiyalar Parkının, Açıq İdman Kompleksinin, SABAH Mərkəzinin, həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə NDU-nun birgə layihəsi olan İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi gözlənilir. Bundan əlavə, universitetdə Kembric Məktəbinin ikinci tədris korpusunun inşasına başlanılması planlaşdırılır.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr