Şəhidlərin və müharibə veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Cəmiyyət 27-apr, 20:079 17 0
Şəhidlərin və müharibə veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Şəhidlərin və müharibə veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci il - "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Gələcəyin yaşıl izi” adlı tədbir çərçivəsində bu məqsədlə ayrılmış ərazidə 100-ə yaxın ağac əkilib.

Bildirilib ki, aksiyanın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarının iştirakı ilə qəhrəmanlarımızın əziz xatirəsini anmaq, gənc nəslin yaddaşında tarixi Zəfərimizi əbədiləşdirmək, gəncləri təbiətin mühafizəsinə təşviq etməkdir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr