
Tərtər, 25 fevral, Uğuryolu.az
Tərtərdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Olimpiya İdman Kompleksinin qarşısında 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.