Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan çini kolleksiyanın kataloqu nəşr olunub

Təhsil 29-apr, 18:219 27 0
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan çini kolleksiyanın kataloqu nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan çini kolleksiyanın kataloqu nəşr olunub
Bakı, 29 aprel, UĞURYOLU.az

“Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası”nın kataloqu nəşr olunub.

Muzeydən bildirilib ki, kataloqun müəllifi Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva, elmi redaktoru isə həmin şöbənin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulovadır.

Kataloqda muzeyin Etnoqrafiya fondunda qorunan, fərqli tərtibat, dizayn xüsusiyyətləri ilə seçilən XVI–XIX əsrlərə aid çini və saxsı məişət məmulatları təqdim edilir. Sözügedən nəşrdə Azərbaycanın müxtəlif bölgələrində və xarici ölkələrdə — Çin, Yaponiya, İngiltərə, Fransa (Limoj), Ukrayna (“Baranovka”, “Qorodnitskiy”), Rusiyada (“Qardner”, “Kuznetsov”, “Safronov”, “Popov”) istehsal olunmuş 500-dən artıq nümunə yer alır. Kataloqda qədim məişət əşyaları— kuzə, küp, nimçə, çıraq və digər məmulatlar funksional və dekorativ xüsusiyyətlərinə görə təsnif edilib. Təqdim olunan əşyalar həm şirli, həm də şirsiz olmaqla, əsasən cızma və qabartma texnikası ilə bəzədilib.

Yeni nəşr həm elmi tədqiqatçılar, həm də sənət və etnoqrafiya sahəsinə maraq göstərən oxucular üçün əhəmiyyətli mənbədir.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr