Vatikanda yeni Roma Papasının seçilməsi üçün hazırlıqlar başlayıb

Dünya 03-may, 12:309 23 0
Vatikanda yeni Roma Papasının seçilməsi üçün hazırlıqlar başlayıb
Vatikanda yeni Roma Papasının seçilməsi üçün hazırlıqlar başlayıb

Müqəddəs Taxt-Tacda yeni - 267-ci Roma Papasının seçilməsi üçün hazırlıqlar görülür.

UĞURYOLU.az
xəbər verir ki, Vatikandakı Sikstin Kapellasının damında baca quraşdırılması işlərinə başlanılıb. Bu bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək. Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara olacaq. Əgər Papa seçilərsə tüstünün rəngi ağ olacaq və kilsə zəngləri çalınacaq.

Mayın 7-də Sikstin Kapellasında başlayacaq konklavda 133 kardinal səs verəcək və verilən hər bir səs yandırılacaq. Namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfəyə qədər səs verəcəklər. Yeni Papanın seçilmək üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyacı olacaq.

Konklav başlayandan sonra izdiham Müqəddəs Pyotr meydanına toplaşaraq bacadan çıxan tüstünün rəngini yaxından izləyəcək. Hazırda dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsi gözləyir.

Xatırladaq ki, katoliklərin ruhani lideri və Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr