Britaniya ordusunda süni intellektin rolu artırılacaq

Dünya 21-may, 19:539 19 0
Britaniya ordusunda süni intellektin rolu artırılacaq
Britaniya ordusunda süni intellektin rolu artırılacaq

Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkənin silahlı qüvvələrində süni intellektin rolunun getdikcə artacağını deyib.

UĞURYOLU.az “Guardian”a istinadla xəbər verir ki, o, yaxın günlərdə texnoloji yeniliklərin prioritet olduğu yeni strateji müdafiə baxışı sənədini açıqlayacaq.

Nazir bildirib ki, Müdafiə Nazirliyi süni intellekti yeni müdafiə strategiyasının mərkəzinə yerləşdirməyi planlaşdırır. Məqsəd keçmişdə müdafiə sahəsindəki bahalı və səmərəsiz satınalmaların təkrar olunmasının qarşısını almaq və NATO daxilində yeniliklərə liderlik etməkdir.

“Beş ildən sonra süni intellekt orduya və döyüş meydanlarına böyük təsir göstərəcək. Biz bunun nümunəsini artıq Ukraynada, eləcə də həyatın bir çox sahəsində görürük. Müdafiə sahəsində daha çox iş görməliyik ki, bu sahədə üstünlük qazanaq və lider olaq. Mən istəyirəm ki, Britaniya ordusu NATO daxilində süni intellekt sahəsində innovasiyanın ön cəbhəsində olsun”, - deyə Can Hili bildirib.

Qeyd edək ki, yeni müdafiə strategiyası sənədi növbəti üç həftə ərzində təqdim ediləcək.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr