Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb

Cəmiyyət 21-may, 19:569 3 0
Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb
Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb

Cari ilin aprel ayında ümumilikdə vergi orqanlarına 37 min 341 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azdır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlərdən 95,5 faizi ərizə, 4,4 faizi şikayət, 0,1 faizi təklif olub, 38 müraciətin icrası nəzarətə götürülüb.

Daxil olmuş müraciətlərdən 80,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 19,2 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,6 faizi həll olunub, 33,1 faizi barədə müvafiq izahat verilib, digərləri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 224 sayda faktiki şikayətlər əsasən kameral vergi yoxlaması, vergiödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu (borcun silinməsi, sərəncamın götürülməsi, borcun ödənilməsinə möhlət verilməsi) şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.

Bu ilin aprel ayında Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 86 vətəndaşla görüş təşkil edilib, hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr