Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

Mədəniyyət 23-yan, 20:589 74 0
Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub
Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub
Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində konsert proqramı təqdim olunub.

Uğuryolu.az xəbər verir ki, konsertdə orkestrin bədii rəhbəri və baş dirijoru Mustafa Aşurovun idarəçiliyi ilə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin əsərləri səsləndirilib.

Proqramda klassik ənənələrə əsaslanan, eyni zamanda müasir yanaşma ilə işlənmiş musiqi nümunələri yer alıb. Konsertdə orkestrin zəngin repertuarını əks etdirən əsərlərlə yanaşı, yeni aranjimanlar da təqdim edilib.

Qeyd edək ki, 2026-cı ildə Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil ediləcək konsertlər də orkestrin 95 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr