Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı

Kriminal 11-may, 12:339 126 0
Bakıda 14 yaşlı məktəbli qız qaçırıldı


Bakıda 14 yaşlı şagird qaçırılıb.

Beş.az oxu.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

İnsident mayın 9-da Ramana qəsəbəsi ərazisində baş verib.

13:00 radələrində naməlum gənc 2004-cü il təvəllüdlü T.M.-i qaçırıb. Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət edib. Onun bildirdiyinə görə, qızını evlilik məqsədilə qaçırıblar.

Qızı qaçıranın kimliyi barədə hələ ki məlumat yoxdur. 12-ci polis bölməsindən qızın axtarışlarının davam etdiyi bildirilir.

Qeyd etməliyik ki, ölkədə yetkinlik yaşına çatmamış şəxsi nikaha daxil olmağa məcbur etməyə görə Azərbaycan CM-nin 176-1.2 maddələrində üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Bundan başqa, qaçırılma qadının iradəsinə qarşı olduqda, bu zaman cinayət əməlinə CM-nin 144-cü maddəsi ( adam oğruluğu) tövsif olunur. Belə olan halda təqsiri sübuta yetirilmiş şəxsə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Onu da qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, ölkədə qızın nikaha daxil olması üçün yaşı azı 18 olmalıdır. Bununla belə ölkədə erkən nikahlara hələ də tez-tez rast gəlinir.

Son bir həftə ərzində Bakıda yetkinlik yaşına çatmayan qızların vətəndaş nikahından övlad dünyaya gətirməsi ilə bağlı bir neçə fakt qeydə alınıb.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr