Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir
Aktual 29-sen, 13:519 288 167
Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.
TV 713 Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir.