DİM yeni pulsuz sınaq imtahanları əlavə etdi

Təhsil 27-apr, 16:389 260 0
DİM yeni pulsuz sınaq imtahanları əlavə etdi


Dövlət İmtahan Mərkəzi otk.az portalına şagird və abituriyentlər üçün yeni sınaq imtahanları əlavə edib.

Bu gün portala 11-ci sinif şagirdləri üçün buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanı modelinə uyğun yeni ödənişsiz sınaq imtahanı, həmçinin 4-cü sinif şagirdləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinin bütün bölmələri əsasında qiymətləndirmə tapşırıqları yerləşdirilib.

Burada “Azərbaycan dili” dərsliyinin 8, “Riyaziyyat” dərsliyinin 6 bölməsinin hər biri üzrə 10 tapşırıq olan test blokları təqdim edilir. Şagirdlər mövzuları necə mənimsədiklərini bu materiallarla yoxlaya bilərlər.

Qeyd edək ki, DİM ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz. (qafqazinfo.az)

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr