Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru işdən çıxarılıb

Sosial 01-may, 13:409 276 0
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru işdən çıxarılıb


"Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib".

Bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Onun sözlərinə görə, araşdırmanın davam etdirilməsi, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Xidmət rəisi onu da əlavə edib ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib: "Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir".

Nazirlik rəsmisi meşələrin mühafizəsinin daha da gücləndirilməsinə dəstək məqsədi ilə vətəndaşlara da müraciət edib: "Meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli "qaynar xətt"inə məlumat versinlər. Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik".

uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr