"AGBank" və "NBCBank"ın lisenziyaları ləğv edilib

Aktual / Manset 12-may, 12:309 403 0
"AGBank" və "NBCBank"ın lisenziyaları ləğv edilib


Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.

uguryolu.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumatda deyilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdi. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr