Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb

Cəmiyyət 14-may, 16:339 239 0
Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb


Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. H. Zahidov və mərkəzin digər əməkdaşları barədə qanuna müvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

uguryolu.az


Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr