Bakıya sərnişin daşıyan sürücü 3 min cərimələndi - Foto

Cəmiyyət 21-apr, 10:249 77 0
Bakıya sərnişin daşıyan sürücü 3 min cərimələndi - Foto


Karantin qaydalarını pozaraq Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes” markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib.

Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib.

Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.(qafqazinfo.az)

uguryolu.az


Bakıya sərnişin daşıyan sürücü 3 min cərimələndi - Foto
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr