Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi

Ölkə 29-avq, 23:019 265 0
Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi


“Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib.

“Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq” deyə məlumatda qeyd olunub.



uguryolu.az
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr