Naxçıvanın bu kəndi Azərbaycana qaytarılır - Erməni politoloq

Aktual 04-yan, 14:299 62 0
Naxçıvanın bu kəndi Azərbaycana qaytarılır - Erməni politoloq
"Biz Şurnux kəndinin Sovet dövründə hansı dövlətin tərkibində olduğunu müzakirə etdiyimiz vaxtda, xain Nikol Paşinyan əsgərləri bölgədən çıxarır. Hərbçilər növbə dəyişmə adı ilə Ermənistana gətirilir və daha sonra azərbaycanlıların bizim uşaqları oraya buraxmadıqlarını deyirlər".

Uguryolu.az-in məlumatına görə, bu barədə ermənin politoloq Hrant Melik-Şahnazaryan öz "Facebook" hesabındakı paylaşımında bildirib.

"Sizə deyim, Şurnuxdan sonra Ararat vilayətindəki Tiqranaşen (Kərki - red.) kəndi də Azərbaycana veriləcək. Haradan öyrəndiyimi soruşmayın. Cavab internetdədir. Gedin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bir ay yarım öncə paylaşdığı məlumatı oxuyun. Orada yazılıb ki, Yerasx kəndindən (Arazdəyən - red.) əlavə, Paruyr Sevak kəndində də nəzarət məntəqəsi yaradılacaq. Gedin Paruyr Sevakın xəritədə harada yerləşdiyinə baxın... Başqa nə deyim? Tiqranaşendə baş verəcəklərə hazır olaq..." - politoloq qeyd edib.

Qeyd edək ki, Kərki Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidindəki kənddir. Kənd 1990-ci ildə ermənilər tərəfindən işğal edilib, adı dəyişdirilərək Tiqranaşen adlandırılıb. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.

Mənbə: Qazet.az

Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr