Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb

Ölkə 02-dek, 23:459 112 0
Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb
“Digər media növləri ilə müqayisədə onlayn medianın inkişaf etməsi bütün dünyada müşahidə olunan bir tendensiyadır. Azərbaycan media məkanında da belə bir tendensiya artıq mövcuddur”.

“Report” xəbər verir ki, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

“İstər çap mediası, istərsə də audiovizual media da artıq onlayn medianın təsirinə məruz qalmaqdadır. Bu baxımdan çap mediasına olacaq köməkliyimiz texniki dəstək layihələri və yayımın təşkilinə köməklik göstərilməsi formasında olmalıdır. Düşünürük ki, yayım şirkətləri ilə birlikdə bu məsələləri müzakirə etməliyik. Media subyektləri, yayım şirkətləri və Medianın İnkişafı Agentliyi birlikdə müzakirələr aparmalıdır. Həmçinin mexanizmin effektivliyinin artırıması yolları araşdırılmalıdır”, - o bildirib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr