Qubada narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb - FOTO

Aktual 16-mar, 22:039 66 0
Qubada narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb - FOTO
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin təsiri altında taksi sürücülüyü edən şəxsi saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba rayon sakini Rövşən Qasımbəyovun idarə etdiyi VAZ-2106 markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

R.Qasımbəyov RPŞ-yə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olduğu təsbit edilib.

Quba rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr